Donald Tramp İrana qarşı hərbi əməliyyatlarla bağlı yeni videomüraciət yayıb.
Oxu.Az xəbər verir ki, o, ABŞ Silahlı Qüvvələrinin yüzlərlə hədəfə, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) obyektlərinə, hava hücumundan müdafiə sistemlərinə, doqquz hərbi gəmiyə və hərbi-dəniz infrastrukturlarına zərbələr endirdiyini bildirib.
Ağ Ev rəhbəri qeyd edib ki, əməliyyatlar qarşıya qoyulan bütün məqsədlər əldə olunana qədər davam etdiriləcək.
"Ehtimal ki, amerikalılar arasında itkilər indikindən daha çox olacaq", - deyə ABŞ prezidenti əlavə edib.