Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Tramp Netanyahunu andiçmə gününə qədər Qəzzada münaqişəni dayandırmağa çağırıb
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu andiçmə günü - 2025-ci il yanvarın 20-nə kimi Qəzza zolağında döyüşləri dayandırmağa çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Time" jurnalı məlumat yayıb.
Qeyd olunur ki, respublikaçı prezident seçki kampaniyası zamanı telefon danışıqları əsnasında İsrailin hökumət başçısını vəzifəyə başlayana kimi Qəzzada döyüş əməliyyatlarını dayandırmağa çağırıb.
"O, bilir ki, mən bu məsələnin bitməsini istəyirəm", - Tramp deyib.
Bununla belə, jurnal hesab edir ki, Trampın andiçmə gününə qədər Qəzzada hərbi əməliyyatların sona çatması mümkün deyil.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Əgər dünya sağ qalsa...
- Rusiyanın Ermənistan peyki - İrəvanın yadına düşən strateji müttəfiqlik
- ABŞ-də superağıllı süni intellektə 500 milyard dollar sərmayə ayrıldı
- Tramp Ukrayna münaqişəsinin həlli üçün göstəriş verdi və vaxt qoydu
- Trampın ABŞ tarixində ən böyük deportasiya planı başladı? - Qanunsuz miqrantlar barədə qərar verildi
Rəylər