ABŞ Prezidenti Donald Tramp xarici ölkə rəhbərləri arasında ən çox hörmət bəslədiyi siyasətçilərin kimlər olduğunu açıqlayıb.
Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, o, bu barədə "Axios" nəşrinə müsahibəsində danışıb.
Tramp seçimini iki asiyalı siyasətçinin - Çinin Sədri Si Cinpin və Hindistanın Baş naziri Narendra Modinin üzərində saxlayıb.
Ağ Evin rəhbəri Çin liderini xarakterizə edərkən onu "işgüzar insan" adlandırıb və onun praktik, rasional yanaşmasını vurğulayıb. Hindistanın baş nazirini isə "sınmaz iradəli adam" kimi təsvir edərək onun siyasi qətiyyətinə yüksək qiymət verdiyini bildirib.
Bununla yanaşı, jurnalistin dünya liderləri arasında ən zəif hesab etdiyi şəxsin kim olması ilə bağlı sualını Tramp cavablandırmayıb.