ABŞ Prezidenti Donald Tramp "TikTok" tətbiqinin işinin sonlandırılması üzrə son möhlətin müddətinin uzadılmasına dair fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" platformasında yazıb.
Tramp bildirib ki, sön möhlətin müddətini 90 gün (2025-ci il sentyabrın 17-dək) uzadıb.
2024-cü ilin aprelində ABŞ-nin əvvəlki Prezidenti Co Bayden ölkədə "TikTok"un işini qadağan edən qanun layihəsini imzalayıb.
Tramp bu fərmanı iki dəfə ləğv edib.