Florida məhkəməsi Rayan Uesli Rutu ömürlük həbs cəzasına məhkum edib. O, 2024-cü il prezident seçkisi kampaniyası zamanı Donald Trampa sui-qəsd cəhdində təqsirli bilinib.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News"un sosial media hesabında məlumat yayılıb.
R.U.Rutun özünü qətiyyən günahkar bilməməsi və peşmanlıq ifadə etməməsi ağırlaşdırıcı hal kimi göstərilib. Prokurorun sözlərinə görə, ittiham olunan şəxs Trampa qarşı sui-qəsd cəhdini bir neçə həftə müddətində planlaşdırırb.
Təqsirləndirilən şəxsin vəkili isə onun üçün 20 il həbs cəzası tələb edir.
Rayan Rut 2023-cü ilin sentyabrında Donald Trampın həmin vaxt yerləşdiyi Floridadakı qolf meydançasının yaxınlığında həbs edilib. O, qaçmağa çalışarkən tutulub. Hadisə yerində optik AK-47 hücum tüfəngi, iki çanta və "GoPro" kamerası tapılıb.
Məhkəmə Rutu 2024-cü ilin sentyabrında Donald Trampa qarşı sui-qəsd cəhdi, ağır cinayət törətmək niyyəti ilə odlu silah saxlama və federal məmura hücum da daxil olmaqla bir neçə maddə üzrə günahkar bilib.