"İran bunu açıq etiraf etməsə də, Vaşinqton və Tehran arasında danışıqlar aparılır".
Oxu.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"Onlar görüş istəyirlər, bəzilərinin dediyi kimi, yalvarırlar. Danışıqlar başlayır və yaxın gələcəkdə onların davam etdirilməsi planlaşdırılır. Lakin onlar açıq şəkildə və qürurla bildirirlər ki, heç bir məsləhətləşmə aparmırlar, heç nə müzakirə olunmur və yalnız Omanla əlaqə saxlayırlar", - deyə Tramp qeyd edib.
"İran bunu etiraf etmək istəyir, ya yox, fərqi yoxdur. Əslində, biz onun onilliklər ərzində yaratdığı problemin həlli ilə bağlı müzakirələr aparırıq. Hər şey çox sadədir: İran heç vaxt nüvə silahına sahib olmayacaq", - deyə ABŞ lideri əlavə edib.