"İkinci Dünya müharibəsində qələbə yalnız ABŞ sayəsində əldə edilib".
Oxu.Az-ın xəbərinə görə, belə bir bəyanatla ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" şəbəkəsində çıxış edib.
"Biz iki dünya müharibəsini qazanmışıq, amma bunu təkcə öz nailiyyətimiz kimi qələmə vermirik, necə ki, qalan digərləri edirlər", - deyə o bildirib.
ABŞ lideri qeyd edib ki, ABŞ dünyada qələbəni bayram etməyən yeganə ölkədir.
"Qələbə yalnız bizim sayəmizdə əldə olunub", - deyə o vurğulayıb.
Bununla bağlı Tramp xatırladıb ki, ABŞ-də 11 noyabr və 8 may tarixləri bayram günləri elan edilib. Eyni zamanda, Ağ Evin rəhbəri əlavə edin ki, bu günlər iş günləri olacaq, çünki ölkədə artıq olduqca çox bayram günləri var.