ABŞ Prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsi zavodu olan Fordoya zərbə endirməzdən əvvəl obyektin dağıdılacağına dair zəmanət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evin yüksəkvəzifəli məmuruna istinada məlumat yayıb.
Mənbə həmçinin bildirib ki, Tramp İranın nüvə sazişinə maraq göstərmədiyinə əmin olduqdan sonra zərbəni "düzgün qərar" hesab edib.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp ölkənin Hərbi Hava Qüvvələrinin Fordo, Natanz və İsfahan da daxil olmaqla, İranın üç nüvə obyektinə hücum etdiyini bildirib.