Ukrayna öz konstitusiyasından NATO-ya üzvlüklə bağlı bəndi çıxarmalıdır. Bloka daxil olan ölkələr isə rəsmi Kiyevin heç vaxt alyansa qoşulmayacağını təsdiqləməlidirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "RBC Ukrayna" mənbələrinə istinadən məlumat yayıb.
Saytın iddiasına görə, ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üzrə planının təfərrüatı belədir.
Bildirilir ki, NATO üzvlərindən rəsmi Kiyevin gələcəkdə heç vaxt hərbi blokun üzvü olmayacağını hüquqi cəhətdən tanımaq tələb olunur.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı yeni planı təsdiqləyib.