Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Türk Hava Yollarından Dəməşqə ilk uçuş: Biletlər iki həftə əvvəldən satılıb
Türk Hava Yolları (THY) yenidən Suriyanın paytaxtı Dəməşqə uçuşlara başlayır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Turizm News" portalı məlumat verib.
Məlumata görə, Türk Hava Yollarının 13 illik fasilədən sonra yanvarın 23-də bərpa olunan İstanbul-Dəməşq aviareyslərinin biletləri iki həftə əvvəldən satılıb.
Bildirilir ki, İstanbul Beynəlxalq Hava Limanından Bakı vaxtı ilə saat 10:00-da reallaşdırılan ilk reysdə sərnişinlərin əhəmiyyətli hissəsini Türkiyə rəsmiləri təşkil edir. Uçuşlar geniş gövdəli "Airbus A330-203" təyyarələri ilə həyata keçiriləcək.
Suriyaya uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.
Xatırladaq ki, THY daha əvvəl İsrail və İran vətəndaşlarının şirkətin təyyarələrində Suriyaya səfər etməyəcəyini açıqlamışdı. Şirkətin saytında yenilənmiş məlumatda bildirilir ki, qadağa yalnız İsrail vətəndaşlarına şamil edilir. İran nümayəndələrinin Suriyaya daxil olması üçün isə yerli hakimiyyət orqanlarından icazə tələb olunur. Analoji qayda xarici KİV nümayəndələrinə də aiddir.
Aviaşirkət, həmçinin xəbərdarlıq edir ki, xarici bank kartları ilə xidmət və malların ödənilməsi mümkün olmadığı üçün xarici vətəndaşlar Suriyaya daxil olarkən mütləq şəkildə nağd valyutaya malik olmalıdırlar.

"Türk Hava Yolları (THY)" teqi üzrə xəbərlər
- Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu
- Türkiyə Suriya ilə 13 il əvvəl dayandırılmış hava əlaqəsini bərpa edir
- İstanbul-Kazan səhər reysləri müvəqqəti olaraq dayandırılır
- Türk Hava Yollarında ölüm: Kapitan pilot uçuş zamanı həyatını itirdi
- İbrahim Tatlıses daha bir qalmaqalla gündəmə gələn qızına reaksiyası ilə təəccübləndirdi