"Türk Hava Yolları" aviaşirkətinin İstanbul-Antalya reysini yerinə yetirən "Boeing 777" tipli təyyarəsi Antalya hava limanında eniş etdikdən sonra radar anteninə çırpılıb.
Oxu.Az bu barədə NTV telekanalına istinadən xəbər verir.
Hadisə nəticəsində bir sərnişin yüngül xəsarət alıb, onun vəziyyəti stabildir. Təyyarədə olan 267 sərnişin isə təhlükəsiz şəkildə təxliyə edilib.
Şirkət baş vermiş hadisədən sonra dərhal texniki yoxlama və araşdırmalara başlayıb.
Qaynar xətt:
(055) 224 12 12