Dünya bazarında güclənən dolların məzənnəsi Türkiyədə rekord səviyyədə yüksələrək 2,6572 lirəyə çatıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dolların indeksi gün ərzində ən yüksək 99,98 səviyyəsinə qədər qalxıb.
Həftənin ilk gününə 2,7790 lirə səviyyəsindən başlayan avronun məzənnəsi isə gün ərzində yüksələrək 2,7916 lirə olub.