“Turkish Airlines” sərnişin təyyarəsinin pilotları təyyarədə mümkün bomba haqqında həyəcan siqnalı alandan sonra İstanbuldan İsveçrənin Bazel şəhərinə uçuşu dayandırmalı və geri qayıtmalı olublar.
Oxu.Az xəbər verir ki, bu barədə “Dogan” agentliyi məlumat yayıb.
Hazırda təyyarə Bolqarıstanın hava məkanındadır.
Bu hadisə aprel ayında “Turkish Airlines” təyyarəsində artıq ikinci “bomba”dır. Aprelin 1-də də İstanbuldan Lissabona yola düşən təyyarə həyəcan siqnalına görə İstanbula qayıtmalı olub.