Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyə Avropanı özünün güc mərkəzini yaratmağa çağırdı
"Avropa ABŞ Prezidenti Donald Trampın qitənin təhlükəsizliyinin təminatında Vaşinqtonun rolunu azaltmaq istəyinə cavab olaraq, özünün güc mərkəzini formalaşdırmalıdır".
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "Financial Times" qəzetinə müsahibəsində bəyan edib.
"Trampın addımları hamımız üçün həyəcan siqnalıdır və bu, bizim birləşərək öz güc mərkəzimizi yaratmalı olduğumuzu göstərir", - deyə o bildirib.
Nazir əlavə edib ki, Türkiyə NATO-nun dağılması halında, yeni Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi olmağa hazırdır.
"Hakan Fidan" teqi üzrə xəbərlər
Ən çox oxunanlar