Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Diplomatik mənbədən Türkiyənin BRICS-ə müraciəti barədə AÇIQLAMA
Ankaradakı yüksəksəviyyəli diplomatik mənbə Türkiyənin BRICS-ə üzvlük üçün müraciət etməsi barədə məlumatı nə təsdiqləyib, nə də təkzib edib.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
"Qurumumuz tərəfindən bu barədə heç bir bəyanat verilməyib", - deyə o, Ankaranın birliyə üzvlük üçün müraciəti barədə əvvəllər yayılmış məlumata şərh verməsi xahişinə cavab olaraq bildirib. Həmsöhbət əlavə şərh verməkdən imtina edib.
Qeyd edək ki, daha əvvəl "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, Türkiyə hakimiyyəti bir neçə ay əvvəl BRICS-ə üzvlük üçün müraciət edib. Agentliyin məlumatına görə, birliyin genişləndirilməsi məsələsi oktyabrın 22-24-də Kazanda keçiriləcək BRICS sammitində müzakirə edilə bilər.
BRICS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən təsis edilib, 2011-ci ildə Cənubi Afrika Respublikası ona qoşulub. 2024-cü il yanvarın 1-dən Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri olublar. Bu il isə birliyə Rusiya sədrlik edir.
Türkiyə hakimiyyəti BRICS-ə qoşulmaq üçün müraciət edib.
Oxu.Az bu barədə "Bloomberg"ə mənbələrə istinadən xəbər verir.
Məlumata görə, Türkiyə bununla dünyada öz təsirini gücləndirməyə və inkişaf etməkdə olan ölkələrlə əlaqələrini genişləndirməyə çalışır.
Qeyd edək ki, birliyin genişləndirilməsi məsələsi 22-24 oktyabr tarixlərində Kazanda keçiriləcək növbəti BRICS sammitində nəzərdən keçirilə bilər.
"BRICS" teqi üzrə xəbərlər
- Putin MDB kəşfiyyat xidmətlərinə müraciət etdi
- Paşinyan: "İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır"
- Bakıda Azərbaycan və Rusiya Baş nazirləri arasında görüş olub
- Azərbaycan və Ermənistan arasında sülh danışıqları hansı mərhələdədir? - "Kaspi"nin TƏHLİLİ
- BMT-nin baş katibi: "COP29-un uğurlu keçməsi üçün Azərbaycan hökumətini dəstəkləyirəm"
Rəylər