Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İmişlidə 17 yaşlı qızın keçirilməsi planlaşdırılan toyu təxirə salınıb
İmişli rayonunda yeniyetmənin toyunun olması barədə sosial şəbəkədə yayılan məlumat polis tərəfindən araşdırılıb.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması üzə çıxıb. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb.
"Toy mərasimləri" teqi üzrə xəbərlər
- Azərbaycanda toyda dava: Qonaqlar bir-birini döydülər
- Hindistanda toyda qalmaqal: Gəlinin keçmiş sevgilisi əvvəlcə bəyin əlini sıxdı, sonra yumruqladı
- 32 ildən sonra Laçın şəhərində toy sədası eşidilib
- Müğənni Şöhrət Məmmədovun toyu olacaq
- Platonik eşqinə qovuşa bilməyən adanalı qadın bəysiz toy etdi
Ən çox oxunanlar
Rəylər