Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri Binali Yıldırım tərəfindən təqdim olunmuş 65-ci hökumətin tərkibini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, yeni hökumətdə Baş nazir postunu Binali Yıldırım tutacaq.
Onun müavini vəzifəsini Nurəddin Canikli, Mehmet Şimşək, Numan Kurtulmuş, Toğrul Türkeş və Veysi Kaynak icra edəcəklər.
Kabinetə daxil olan digər nazirlər:
Xarici işlər naziri - Mövlud Çavuşoğlu
Ədliyyə naziri - Bəkir Bozdağ
Ailə və sosial təminat naziri - Fatimə Beytül Sayan Kaya
Daxili işlər naziri - Efkan Ala
Energetika və təbii sərvətlər naziri - Berat Albayrak
Səhiyyə naziri - Rəcəb Akdağ
İqtisadiyyat naziri - Nihat Zeybəkçi
Maliyyə naziri - Naci Ağbal
Ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri - Faruk Çelik
Əmək və sosial təminat naziri - Süleyman Soylu
Gömrük və ticarət naziri - Bülənt Tüfənkçi
Milli müdafiə naziri - Fikri İşıq
Nəqliyyat, dənizçilik və kommunikasiya naziri - Əhməd Arslan
Təhsil naziri - İsmət Yılmaz
Mədəniyyət və turizm nazir - Nabi Avçı
İnkişaf naziri - Lütvi Elvan
Avropa İttifaqı naziri - Ömər Çelik
Gənclər və idman naziri - Akif Çağatay Kılıç
Ətraf mühit və şəhərsalma naziri - Mehmet Özhaseki
Meşə və su məsələləri nazir - Veysəl Əroğlu
Elm, sənaye və texnologiya naziri - Faruk Özlü
13:04
Türkiyənin iqtidar partiyası Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri Binali Yıldırım Türkiyənin yeni hökumətinin tərkibinin siyahısını təqdim etmək üçün prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Oxu.Az TRT telekanalına istinadən xəbər verir ki, dövlət başçısının kabinet tərkibini dərhal təsdiqləyəcəyi və Yıldırımın bu siyahını açıqlayacağı gözlənilir.
Bundan sonra AKP rəhbəri rəsmən baş nazir vəzifəsini tutacaq. Daha sonra bu statusda ilk dəfə öz partiyası adından Parlament deputatları qarşısında çıxış edəcək.
Yıldırım mayın 22-də AKP sədri seçilib, həmin gün Ərdoğan ona respublikanın 65-ci hökumətini formalaşdırmağı tapşırıb.
Baş nazirin kabinet üzvlərinin siyahısını parlamentə təqdim etməyə və proqramı səsləndirmək üçün beş gün vaxtı var. Daha sonra məclis ölkənin yeni rəhbərliyinə etimad məsələsi üzrə səs verəcək.