Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyə kəşfiyyatı PKK-nın “dron eksperti”ni zərərsizləşdirdi - FOTO
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/YPG terror təşkilatının Suriyanın Tel Rıfat bölgəsində texniki cihazlar və dronlar üzrə məsul şəxsini zərərsizləşdirib.
PKK/YPG-nin “Akif Amed” kod adlı üzvü Bager Öndeş Suriyada həyata keçirilən əməliyyat nəticəsində məhv edilib.
Onun əsasən terror təşkilatının Qərb ölkələrindən gətirdiyi dronları inkişaf etdirdiyi və daha sonra bu dronlar vasitəsilə Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı aktlar təşkil etdiyi, bu səbəbdən də Türkiyə Milli Kəşfiyyat Təşkilatının hədəf siyahısında olduğu bildirilir.
2013-cü ildə terror təşkilatına qoşulan Bager Öndeşin İraqın Qəndi şəhərində silahlı təlim keçdiyi qeyd edilir. Qəndildəki silahlı fəaliyyətindən sonra Suriyaya köçüb. Terrorçu “Zeytun budağı” əməliyyatı zamanı Türkiyə təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarda iştirak edib və bu istiqamətdə fəaliyyətini daha sonralar da davam etdirib.
Bager Öndeş Diyarbekir Respublika Baş Prokurorluğu tərəfindən “Terror təşkilatına üzv olmaq” cinayətinə görə axtarışda olub.
Mənbə: Haber Global
"İraq" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev İraqdakı səfiri geri çağırdı
- İraq KİV: "Suriya 700 min iranlı və iraqlının vətəndaşlığını ləğv edib"
- Ərşad Salehi türk dövlətlərini İraqda səfirlik açmağa çağırdı
- İraq türkmənlərinin nümayəndəsi: "Qarabağ zəfəri bütün xalqlara ümid oldu"
- İraq Suriya hadisələrinə hərbi müdaxilə edəcək?
Rəylər