Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyə kəşfiyyatı PKK-nın silah-sursat üzrə məsul qadın üzvünü zərərsizləşdirdi - FOTO/VİDEO
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK-nın silah-sursat üzrə məsul üzvü, “Ruken Zilan” kod adlı terrorçu Zeynep Sevimi zərərsizləşdirib.
Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, Duhok çölündə zərərsizləşdirilən terrorçunun təhlükəsizlik qüvvələrinə qarşı terror aktı hazırlamaqda olan təşkilat üzvlərini sursatla təmin etmək üçün planlar qurduğu məlum olub.
2014-cü ildə terror təşkilatı sıralarına qatılan Zeynep Sevim 2016-cı ildə İraqın şimalında Metinada, 2017-ci ildə Qarada, 2019-cu ildə Avaşində təhlükəsizlik qüvvələrinə qarşı terror aktlarında təşkilat üzvlərini logistika ilə təmin edib, “Kilit-Pence” əməliyyatında təhlükəsizlik qüvvələrinə qarşı aktlar zamanı sursatla təminat üzrə məsul şəxs kimi fəaliyyət göstərib.
Həmçinin məlum olub ki, Zeynep Sevimin bacısı “Zilan Ruken” kod adlı Fatma Sevim də 2012-ci ildə Tuncelinin Ovacık rayonunda təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.
Mənbə: Haber Global
"İraq" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev İraqdakı səfiri geri çağırdı
- İraq KİV: "Suriya 700 min iranlı və iraqlının vətəndaşlığını ləğv edib"
- Ərşad Salehi türk dövlətlərini İraqda səfirlik açmağa çağırdı
- İraq türkmənlərinin nümayəndəsi: "Qarabağ zəfəri bütün xalqlara ümid oldu"
- İraq Suriya hadisələrinə hərbi müdaxilə edəcək?
Rəylər