Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Türkiyə lideri: “Heç bir beynəlxalq təşkilat Qarabağın işğalına səsini çıxarmadı”
“Qarabağ illərlə işğal altında qaldı, Xocalı kimi qətliamlar törədildi, amma heç bir beynəlxalq qurum səsini çıxarmadı”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil olunan mitinqdə çıxışı zamanı deyib.
O bildirib ki, beynəlxalq təşkilatlar Suriyadakı, Qəzzadakı hadisələrə də səssiz qalırlar:
“BMT Təhlükəsizlik Şurası baş verənlərlə bağlı səsini çıxarmır. Bu, onu deməyə əsas verir ki, bu qurum artıq işlək deyil”.
“Beynəlxalq təşkilatlar Türkiyə həqiqətlərinə də səssiz yanaşırlar. Ona görə də deyirik ki, bizi heç bir beynəlxalq təşkilat müdafiə edə bilməz. Özümüz özümüzü qorumalıyıq. Bir vaxtlar bizə silah satmayanlar indi bizdən silah istəyirlər”, - deyə Ərdoğan qeyd edib.
Mənbə: milliyet.com
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Akif Çağatay Kılıc: "Təhlükəsizlik Şurasında yalnız 5 dövlətin söz deməsi ədalətli deyil"
- Frensis Martin O'Donnell: "BMT sistemini yenidən işə salmağın vaxtı çatıb"
- Makronun Fransa üçün ən böyük "nailiyyəti" - Paris autsayder vəziyyətinə salınıb
- Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib
- İsrail əsir götürülmüş livanlı hərbçini azad etdi