Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyə Liviyaya yardım göndərəcək
Türkiyə Liviyada çoxsaylı insan tələfatları ilə nəticələnən “Daniel” qasırğasının fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə yardım göndərəcək.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Liviyaya 150 nəfərlik axtarış-xilasetmə heyəti, çadırlar və lazımi materiallar çatdırılacaq.
Qeyd edək ki, Liviyanın daxili işlər nazirliyi təbii fəlakət zamanı iki mindən çox insanın öldüyünü, yeddi min nəfərin isə itkin düşdüyünü bildirib.
Mənbə: TRT
"Liviya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər