Türkiyənin “Milliyet” qəzeti azərbaycanlı telejurnalist Xoşqədəm Hidayətqızından yazıb.
Oxu.Az xəbər verir ki, məqalədə X.Hidayətqızı “Azərbaycanın Mügə Anlısı” adlandırılır. Yazıda belə qeyd olunur:
“Bakı şəhərində yaşayan Məmmədzadə Kamran 1 həftə əvvəl itib. Ailəsi Azərbaycanın “Mügə Anlısı” deyə tanınan X.Hidayətqızının proqramına qatılaraq kömək istəyib.
23 yaşındakı gənc telefonla proqrama zəng edib və qumar borcu səbəbiylə Diyarbəkirə qaçırıldığını, 50 min TL (19 200 AZN) qarşılığında sərbəst buraxılacağını söyləyib. Bundan sonra Azərbaycanın Türkiyədəki baş konsulluğu Türkiyə polisinə müraciət edib və onlar Kamranın yerini müəyyən ediblər. Polis K.Məmmədzadəni oteldə rus qadınla əylənərkən tutub.
Mətndə vurğulanır ki, bu hadisədən sonra X.Hidayətqızı İstanbula gedib və həmin şəxsin rus qadınla əylənməsi olayından xəbər tutaraq şoka düşüb.
K.Məmmədzadə deyib ki, o, pullarını qumarda uduzduqdan sonra ailəsinə yalan danışmaq məcburiyyətində qalıb.
Aytən Sadıqzadə
www.oxu.az