ABŞ-ın vitse-prezidenti Cozef Baydenin oğlu, onun kokaindən istifadəsini üzə çıxaran narkotik istifadəsi testinin nəticələrindən sonra hərbi-dəniz qüvvələri sıralarından azad edilib, Wall Street Journal qəzeti vəziyyətdən xəbərdar olan mənbəyə istinadən yazıb.
Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, 44 yaşlı Hanter Bayden, hüquqşünasdır, 2013-cü ilin may ayının 7-də HDQ-dən ehtiyata buraxılıb.
Norfolkda (Virciniya ştatında) HDQ-nin ictimaiyyətlə əlaqələr bölməsinə ensin rütbəsində (ABŞ-ın hərbi donanmasında ən kiçik rütbədir) daxil olub. Xidməti yerinə gələn Bayden, narkotikdən istifadəni üzə çıxarmaq üçün keçirilən standart testi keçir və kokaindən istifadə etdiyi aşkar olunur. Baydenin karyerası HDQ-nin ehtiyatında 2014-cü ilin fevralında başa çatıb.
Dördüncü gün Hanter Bayden, bəyanatla çıxış edərək, donanmada xidmət etməyin onun üçün şərəf olduğunu və azad edilməsindən heyfsiləndiyini bildirib. Azad edilməsinin səbəbini açıqlamayıb.