Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyə “Terroristan” qurulmasına icazə verməyəcək - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dövlət başçısının Dolmabahçe iqamətgahında təhlükəsizlik toplantısı keçirilib.
Xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.
Toplantıdan sonra yayılan rəsmi açıqlamada bildirilib ki, iclasda terrorla mübarizə strategiyaları qiymətləndirilib, bu kontekstdə atılan və atılacaq addımlar müzakirə edilib. Bildirilib ki, İraqın şimalında 36, Suriyanın şimalında 9 olmaqla ümumilikdə 45 terrorçu zərərsizləşdirilib.
Qeyd olunub ki, terror təşkilatları Suriya və İraqda küncə sıxışdırıldığı üçün onları canlandırmaq cəhdləri də geniş vüsət alıb.
Vurğulanıb ki, Türkiyə cənub sərhədlərində heç bir bəhanə və səbəblə “Terroristan” qurulmasına icazə verməyəcək.
Mənbə: Haber Global
11:33
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Məlumata görə, toplantının bu gün yerli vaxtla 14:30-da (Bakı vaxtı ilə 15:30-da – red.) İstanbuldakı Dolmabağça sarayında baş tutacaq.
Ərdoğanın sədrlik edəcəyi toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi Metin Güler, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın iştirak edəcək.
Mənbə: 24saatgazetesi
"Hakan Fidan" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov: "Azərbaycan çətin günlərdə Türkiyəyə istənilən yardıma hazırdır"
- Hulusi Kılıç: "Hakan Fidanın Azərbaycana səfəri zamanı bütün dünya qardaşlığımızı bir daha gördü"
- XİN başçısı: "Türkiyə olaraq Qəzzaya əlimizdən gələn dəstəyi göstərəcəyik"
- Hakan Fidan: "Azərbaycan, Türkiyə və Özbəkistan Ankarada üçtərəfli görüş keçirəcəklər"
- Hakan Fidan: "Əməkdaşlığımızı fərqli regionlarda üçlü və dördlü formatlarda davam etdirəcəyik"
Rəylər