Rusiya tərəfi Türkiyə XİN rəhbəri Hakan Fidan ilə səmərəli görüş keçirib və Ukrayna ilə bağlı mövqeyini ətraflı izah edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İstanbulda jurnalistlərə Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib.
"Nümayəndə heyətimiz prezidentin tapşırığı ilə Ukrayna ilə ilkin şərtlər olmadan birbaşa ikitərəfli danışıqlar aparmaq üçün İstanbula gəlib. Bu gün Türkiyənin xarici işlər naziri ilə səmərəli görüş keçirərək, mövqeyimizi ətraflı izah etdik", - deyə Medinski bildirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidanla Ukrayna tərəfi ilə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski arasında görüş başa çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, görüş İstanbulda, Dolmabağça Sarayında keçirilib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ukrayna tərəfi ilə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin başçısı, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski arasında görüş başlayıb.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
Məlumata görə, görüş İstanbulda, Dolmabağça sarayında keçirilir.
Daha əvvəl qarşıdakı görüş barədə jurnalistlərə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Öncü Keçeli məlumat vermişdi.