Türkiyənin Eskişehir şəhərində üzərində qan ləkələrinə bənzər izlər və meyit fiquru olan avtomobil polisin diqqətini çəkib. Avtomobilin sahibi ifadə vermək üçün polis bölməsinə aparılıb.
Oxu.Az İHA-ya istinadən xəbər verir ki, qeyri-adi görünüşü olan avtomobil həm yoldan keçənlərin, həm də patrul polisi əməkdaşlarının diqqətini cəlb edib.
Polis araşdırma apararaq avtomobilin hər hansı real hadisə ilə əlaqəsinin olmadığını müəyyənləşdirib. Məlum olub ki, avtomobil sosial media üçün kontent hazırlamaq məqsədilə bu cür dizayn edilib.
Avtomobilin sahibi və kontent yaradıcısı ifadə vermək üçün polis bölməsinə aparılıb.
