Türkiyə hüquq-mühafizə orqanları son bir həftə ərzində 69 əyalətdə narkotik vasitələrinin satışında şübhəli bilinən şəxslərə qarşı kütləvi əməliyyatlar həyata keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar zamanı 974 şübhəli şəxs saxlanılıb, onlardan 381-i barəsində həbs qərarı çıxarılıb.
Qeyd olunur ki, genişmiqyaslı əməliyyat zamanı 3 659 şəxsi heyətdən, 23 hava nəqliyyat vasitəsindən və 52 narkotik aşkarlayan xüsusi itlərdən istifadə olunub.
Müxtəlif ünvanlarda aparılan axtarışlar zamanı xeyli miqdarda narkotik vasitələr aşkarlanaraq müsadirə edilib.