Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyədə karantin tədbirləri yumşaldılır
“Bazar ertəsindən başlayaraq tədricən normallaşma təqvimimizin tətbiqinə başlayacağıq”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan televiziya vasitəsilə xalqa müraciəti zamanı bəyan edib. Dövlət başçısı koronavirus pandemiyası səbəbindən tətbiq olunan sərt karantin rejiminin tədricən yumşaldılacağının anonsunu verib.
“Bütün detalları nazirlər kabineti toplantısından sonra açıqlayacağıq. İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq”, - deyə Türkiyə prezidenti bildirib.
Qeyd edək ki, ötən sutka ərzində ölkədə yeni yoluxanların sayı cəmi 11.5 min olub ki, bu da aprelin ortalarında müşahidə olunan maksimum göstəricilərdən təqribən 5 dəfə aşağıdır.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini verəcəyini istisna etməyib
- Ərdoğan Tatlısəslə mahnı oxudu
- Yeni siyasi vəziyyətdə güclü Türkiyə amili əsas rol oynayacaq - "Kaspi"nin şərhi
- Türkiyənin yeni səfirinin Azərbaycanda vəzifəsinin icrasına nə vaxt başlayacağı məlum olub
- İran Azərbaycandan niyə qorxur?
Rəylər