Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyədə meşəlik ərazini yandıran şəxs kameraya düşüb
Türkiyənin Çanaqqala vilayətinin Bozcaada rayonunda meşəlik əraziyə daxil olan otlaq sahəni yandıraraq hadisə yerindən qaçan şəxs təhlükəsizlik kamerasına düşüb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Tüstünü görən sakinlər dərhal yanğınsöndürmə xidmətinə müraciət ediblər.
Hadisə yerinə gələn qrupların müdaxiləsindən sonra alovun böyüməsinin qarşısı alınıb.
Hazırda polis yanğını törədən şəxsin saxlanılması istiqamətində əməliyyata başlayıb.
"Meşə yanğınları" teqi üzrə xəbərlər
- Azərbaycanda 200-ə yaxın avtomobil yollarda yanıb - FHN rəsmisi səbəblərdən DANIŞDI
- Türkiyədə əkin sahəsində başlayan yanğın meşə massivinə keçib
- Fransanın cənubunda meşə yanğınları: Hava limanı bağlandı
- Türkiyədə meşə yanğınları ilə əlaqədar 13 nəfər həbs olunub
- Türkiyəli nazir: "Meşə yanğınları ilə bağlı 10 nəfər həbs olunub"
Ən çox oxunanlar