Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyədə yanan hotelin sahibi yanğında işçilərini günahlandırdı
Türkiyənin Bolu şəhərindəki Kartalkaya dağ-xizək kurortunda yerləşən "Grand Kartal" hotelinin sahibi Halit Ergül 78 nəfərin ölümü ilə nəticələnən yanğında hotel işçilərini təqsirləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Karar" nəşri məlumat yayıb.
Ergül prokurorluqda və məhkəmədə dindirilərkən məsuliyyəti mətbəxdəki elektrik cihazlarının vəziyyətinə cavabdeh olan aşpaz və mətbəx işçiləri, mühafizəçilər və yanğın siqnalizasiya düymələrini idarə edən elektrik ustasının üzərinə qoyub.
Qeyd olunur ki, hoteldə yanğın restoran zonasında başlayıb, yanğın nərdivanı isə tüstünü yuxarı mərtəbələrə qaldıran baca funksiyasını yerinə yetirib. Ölənlərin əksəriyyətinin dəm qazından zəhərlənərək öldüyü müəyyən edilib. Hadisə zamanı binada yanğın siqnalizasiyası və tüstüdən təmizləmə sistemi işləməyib.
İstintaq çərçivəsində 15 nəfər saxlanılıb. Bolu bələdiyyə sədrinin müavini, yanğınsöndürmə xidmətinə məsul şəxs, rəis müavini və yanğınsöndürmə xidmətinin əməkdaşları məhkəmə qarşısına çıxacaq.
Xatırladaq ki, yanvarın 21-nə keçən gecə Boluda istirahət mərkəzində güclü yanğın baş verib.
"Türkiyədə hoteldə yanğın" teqi üzrə xəbərlər
- Məşhur türkiyəli xizəkçinin öldüyü hoteldəki yanğınla bağlı saxlanılanların sayı artdı
- Türkiyənin daha bir hotelində dəhşətli yanğın: Şirkət müdiri saxlanıldı
- Türkiyədə yanan hotelin sahibinin həyat yoldaşı və qızları da həbs olundular
- Bursada 150-dən çox hotel və villa möhürləndi
- Antalyada 50-dən çox hotel bağlanıb