Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
Türkiyənin Kırklareli şəhərinin Lüleburqaz rayonunda yaşayan fermer Azərbaycanın Qarabağ Zəfərini xüsusi şəkildə qeyd etmək istəyib.
Bu barədə Oxu.Az "Anadolu"ya istinadən xəbər verir.
Məlumata görə, Burak Tunçkol adlı fermer traktoruna Türkiyə və Azərbaycan bayraqlarını bərkidib, torpaqda şumla iz qoyaraq təxminən dörd saat ərzində "Qarabağ Azərbaycandır, Qarabağ zəfəri dörd yaşında" sözlərini tarlasına yazıb.
Tunçkol Türkiyə və Azərbaycanın qardaş ölkələr olduğunu və Qarabağ zəfərinin ildönümünü qeyd etdiyini bildirib.
Tunçkol Qarabağ Zəfəri üçün çox sayda şəhid verildiyini və bunu unutmadığını vurğulayıb.
"Tarlaya yazı yazdığım zaman kotanı torpağa hər batıranda şəhidləri xatırladım. Şəhidlərimizin məkanı cənnət olsun", - deyə o bildirib.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib. Azərbaycan Prezidentinin sərəncamı ilə bu müharibədə qazanılan qələbə hər il noyabrın 8-də Zəfər Günü kimi qeyd olunur.
"8 Noyabr - Zəfər Günü" teqi üzrə xəbərlər
- Azərbaycanda 2025-ci ilin qeyri-iş günləri açıqlanıb
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
- Metronun bir stansiyasının yaxınlığında piyadaların rahat gediş-gəlişi təmin olunub
- Hazırda Bakının sıxlıq müşahidə olunan küçələri - 11.12.2024
- Hazırda Bakının sıxlıq müşahidə olunan küçələri - 09.12.2024
Rəylər