Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri pislənilib.
Bu barədə toplantıdan sonra Şura tərəfindən yayılan bəyanatda bildirilib.
“Ermənistan administrasiyasına ona verilən sülh fürsətindən istifadə etmək və bütün müqavilə öhdəliklərini yerinə yetirmək məsuliyyəti xatırladılıb.
Davamlı sülhə nail olmaq üçün böyük səylər göstərən Azərbaycana güclü dəstək təsdiqlənib. Başda region dövlətləri olmaqla, məsələyə qarışan bütün aktorların fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə, davamlı həllə səmimi şəkildə töhfə verməli olduqları vurğulanıb”, - sənəddə qeyd olunub.
Türkiyənin Milli Təhlükəsizlik Şurası Ermənistana çağırış etdi - VİDEO
Rəylər