Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız girişi Avropa Parlamenti və Aİ Şurası vasitəçiləri tərəfindən razılaşdırılıb. Ukraynalılar Böyük Britaniya və İrlandiya istisna olmaqla Avropa ölkələrinə 180 gün ərzində 90 gün müddətinə biometrik pasport ilə səfər edə bilərlər.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Ukrayna ilə vizasız rejim məsələsinin həlli final mərhələyə qədəm qoyub.
İlkin olaraq onu Avropa Parlamentinin vətəndaş azadlığı komitəsi təsdiq etməlidir, daha sonra məsələ parlamentdə səsə qoyulacaq və nəhayət, sənəd Avropa Şurasında rəsmi təsdiq edilməlidir.
Hələ keçən ilin payızında Avropa İttifaqı ölkələri Ukrayna ilə vizasız rejim məsələsinin həll edilməsinə dair qərar qəbul edilib.
Vizasız rejimin ləğv edilməsinə dair yeni qayda ötən bazar ertəsi Aİ Şurası tərəfindən təsdiqlənib, martın 1-dən isə sənəd Avropa Parlamentinin sədri Antonio Tayani və Avropa İttifaqında hazırda sədrlik edən Malta nümayəndələri tərəfindən imzalanacaq, dərc edildikdən 20 gün sonra isə qüvvəyə minəcək.
N.О.
www.oxu.az