Aprelin 30-da Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə ənənəvi “Bakı marafonu - 2017” yürüşü keçiriləcək. Hər kəsin könüllü olaraq qatıla biləcəyi marafon “Küləyə qalib gəl” şüarı altında keçiriləcək.
Bayraq meydanından start götürərək Bakı Olimpiya Stadionunda başa çatacaq 21 km məsafəlik yürüşün sponsorları sırasında “Azər Türk Bank” da var.
“Azər Türk Bank” bu kimi möhtəşəm tədbirlərin ərsəyə gəlməsində iştirakından, xüsusilə, son illər idman ölkəsinə çevrilən Azərbaycanda sağlam həyat tərzinin təbliğinə dəstək olmaqdan qürur duyur.
E.Ə.
www.oxu.az