Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ukrayna səfiri Hindistan XİN-ə çağırıldı
Ukrayna səfiri Hindistanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Oxu.Az "The Economic Times" qəzetinə istinadən bildirir.
Məlumata görə, səfir Ukrayna Prezidenti Volodimir Zelenskinin Hindistanın Baş naziri Narendra Modinin Rusiyaya səfəri ilə bağlı söylədiyi fikirlərə görə XİN-ə çağırılıb.
Hindistan Zelenskinin Narendra Modinin Rusiyaya səfəri ilə bağlı bəyanatlarından narahatlığını və narazılığını ifadə edib. Belə ki, Zelenski Hindistan hökumətinin başçısının Rusiya Prezidenti Vladimir Putinlə görüşünü Ukraynada sülh səylərinə sarsıdıcı zərbə kimi qiymətləndirib. Bununla əlaqədar Hindistan mədəni əlaqələrin inkişafı üzrə Hindistan-Ukrayna birgə işçi qrupunun görüşünü təxirə salıb.
Xatırladaq ki, Hindistanın baş naziri iyulun 8-9-da Moskvaya ikigünlük səfər edib və bu səfər çərçivəsində 22-ci Rusiya-Hindistan sammiti keçirilib. Tərəflər birgə sənədlər imzalayıb, birgə layihələri müzakirə ediblər və iki ölkənin imtiyazlı strateji tərəfdaşlığını təsdiq ediblər.
"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- Ali Rada ikinci cəhddən Zelenskinin səlahiyyətlərinin uzadılmasını dəstəklədi
- Ərdoğan: "Türkiyə olaraq sülhün təmin olunması üçün əlimizdən gələni edəcəyik"
- Zelenski öz NATO-sunu qurmaq niyyətindədir
- Trampın nümayəndəsi ilə Zelenskinin mətbuat konfransı ləğv edilib
- Tramp Ukraynada faydalı qazıntıların hasilatı üzrə sazişi dirçəltmək niyyətindədir