Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ukraynada ABŞ hava hücumundan müdafiə sistemlərinin əvəz edilməsi prosesi başladı
ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski arasında ötən həftə Ağ Evdə baş tutan qalmaqallı görüşdən sonra Ukrayna Silahlı Qüvvələri öz müttəfiqləri ilə birlikdə ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemlərini əvəz etməyin yollarını axtarmağa başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Forbes" jurnalı yazıb.
Nəşr hesab edir ki, hazırkı vəziyyətdə Ukrayna və onun müttəfiqləri ABŞ istehsalı olan silahların ən mühüm növlərini, o cümlədən hava hücumundan müdafiə raketlərini əvəz etməyə çalışırlar. Jurnalın qənaətinə görə, dünyanın demokratik ölkələri arasında ABŞ yer-hava tipli raketlər, buraxılış qurğuları və onlar üçün radarlar sahəsində, demək olar ki, tam monopoliyaya malikdir. Lakin Trampın seçdiyi siyasi kursu nəzərə alsaq, Ukrayna və Avropa ABŞ-nin daimi dəstəyinə arxalana bilməzlər.
"Ukraynada hava hücumundan müdafiə sisteminin yenidən təşkili prosesi artıq başlayıb. Şübhəsiz ki, bu, sürət qazanacaq", - deyə yazıda bildirilib.
Jurnal qeyd edib ki, Ukraynanın istismarında ABŞ dizaynı və istehsalı olan zenit-raket kompleksi batareyaları, xüsusilə altı "Patriot" batareyası var. Ukrayna onlar üçün kiçik partiyalarla raketlər alır və sürətlə buraxır, ona görə də güman ki, ABŞ Kiyevə yardımdan imtina etmək qərarına gələrsə, sursat ehtiyatları tezliklə tükənə bilər. Gözlənildiyi kimi, perspektivdə Ukraynadakı ABŞ "Patriot"ları Avropanın "Eurosam" konsorsiumu tərəfindən istehsal olunan "Asters" zenit raketləri ilə əvəz oluna bilər.
"Tramp-Zelenski görüşü" teqi üzrə xəbərlər
- Zelenski Trampla təkrar görüşün şərtlərini açıqladı
- "The Washington Post": "Tramp və Zelenski arasında mübahisə kollektiv Qərbin birliyinə son qoydu"
- Ukrayna nizamlanması üzrə sazişə təklif: Zelenskinin istefası tələb ediləcək?
- ABŞ Ukrayna ilə nadir torpaq metalları üzrə müqaviləni imzalayacaq? - Nazirdən AÇIQLAMA
- ABŞ-nin milli kəşfiyyat direktoru Zelenskidən şikayət etdi