Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Uqandada naziri mühafizəçisi qətlə yetirdi - FOTO
Uqandanın əmək, məşğulluq və sənaye məsələləri naziri Çarlz Okello Enqola paytaxt Kampaladakı evində öz mühafizəçisi tərəfindən qətlə yetirilib.
Enqolanın mühafizəçisi olan və ona sui-qəsd təşkil edən əsgər bir neçə dəqiqə sonra silahla özünü vuraraq intihar edib.
Hələlik şəxsiyyəti dəqiqləşdirilməmiş əsgərin istefada olan polkovnik-leytenant Enqolanı niyə öldürdüyü məlum deyil.
Hadisə şahidinin sözlərinə görə, əsgər məhəllədə qışqıraraq havaya atəş açıb. Həmçinin şahidlər bildiriblər ki, əsgər maaşını almadığını, həyat yoldaşının hamilə olduğunu, uşaqlarını məktəbə göndərə bilmədiyini, nazirin uşaqlarının isə məktəbə getdiklərini deyib.
Hadisədə başqa yaralananların da olduğu qeyd edilir. Enqolanın evinə çoxlu əsgər və nazirlər gəliblər.
Mənbə: Haber Global
"Uqanda" teqi üzrə xəbərlər
- Ebola qızdırması ABŞ-yə də çatıb? - Sakinlər təlaşda
- Yarımmarafon üzrə yeni dünya rekordu vuruldu
- Fred Otunnu: "İKT şirkətlərindən enerji istehlakında yaşıl texnologiyaların tətbiqini tələb edirik"
- Yeddi arvadı olan "ömürlük prezident" kimlərin əti ilə qidalanırdı?
- Uqandanı Paris Olimpiadasında təmsil edən atlet ölüb