"Yüksək zənginləşdirilmiş uran məsələsi yalnız İslam Respublikası daxilində həll olunmalıdır".
Oxu.Az-ın "PressTV"yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.
"Yüksək zənginləşdirilmiş uranla bağlı İranın mövqeyi ondan ibarətdir ki, məsələ yalnız İslam Respublikası daxilində həll edilməlidir, çünki yeganə mümkün variantdır", - deyə o bildirib.
Abbas Əraqçının sözlərinə görə, nüvə proqramı, uran zənginləşdirilməsi və yüksək zənginləşdirilmiş materiallar da daxil olmaqla, mövzuların müzakirəsi danışıqların ikinci mərhələsinə keçirilib. O həmçinin qeyd edib ki, danışıqların ikinci mərhələsində tərəflər İranın qanunsuz hesab etdiyi ABŞ sanksiyalarının ləğvini müzakirə etmək niyyətindədirlər.
Xatırladaq ki, Pakistanın Baş naziri Şahbaz Şərif iyunun 12-də ABŞ və İranın sülh sazişi mətninin yekun variantı barədə razılığa gəldiklərini açıqlayıb. Onun sözlərinə görə, İslamabad hazırda danışıqlar prosesini başa çatdırmaq üçün Vaşinqton və Tehranla sıx əməkdaşlıq edir.