Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

USAID-in ləğvində əsas fiqur ABŞ Dövlət Departamentini tərk etdi
ABŞ Dövlət Departamentinin Xarici Yardım Bürosunun rəhbəri və Donald Tramp dövründə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvində mühüm rol oynamış Pit Marokko vəzifəsini tərk edib.
Oxu.Az-ın Qərb mətbuatına istinadən xəbərinə görə, bu barədə qurumun yüksəksəviyyəli rəsmisi məlumat verib.
Məlumata görə, vəsaitlərin xarici yardım məqsədilə xərclənməsini hərtərəfli təhlil etmək üçün bu vəzifəyə təyin olunan Marokko bu tarixi vəzifənin öhdəsindən uğurla gəlib. Onun işi USAID-də ABŞ-li vergi ödəyicilərinin pullarından açıq-aşkar sui-istifadə edildiyini aşkara çıxarmağa imkan verib.
Bildirilib ki, altı həftə ərzində Pit Marokko USAID-in administrator müavini vəzifəsini icra edib və daha sonra Dövlət Departamentinə qayıdıb.
"Katib Rubioya bəzi çətin dövrlərdə USAID-in fəaliyyətinə rəhbərlik etməkdə və keçmişdə edilən sui-istifadələrdən bu qurumu azad etməkdə kömək etmək mənim üçün şərəf idi. İndi USAID nəzarət altında və sabitlikdə olduğu bir zamanda mən xarici yardım üzrə direktor postuna qayıtmağa hazırlaşıram", - deyə Marokko agentliyi tərk edərkən elektron məktubda yazıb.
"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID)" teqi üzrə xəbərlər
- Ermənistanın qəbul etməli olduğu reallıq: Konstitusiya dəyişdirilməli, Minsk qrupu ləğv edilməlidir
- 1 milyona yaxın pul necə leqallaşdırılıb? - Gizli fəaliyyət göstərən QHT
- ADA forumu: Anti-Azərbaycan siyasətin ifşası, reallığın təbliği
- Prezident İlham Əliyevin beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub
- Tramp administrasiyası xarici dövlətlərə bəzi yardım proqramlarını bərpa edir