Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

USAID-in Ukraynada absurd xərcləri üzə çıxdı
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) amerikalı vergi ödəyicilərinin 2 milyon dollarını Kiyevdə dizayn xalçaları istehsalı üçün xərcləyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Federalist" jurnalı məlumat yayıb.
Bununla yanaşı, müvafiq olaraq 114 000 dollar və 91 000 dollar Ukraynada iki fərqli mebel sexinə ayrılıb.
Bundan əlavə, USAID 300 000 dolları ev heyvanlarının izlənməsi üçün tətbiqə, bir o qədər də itlər üçün xalta istehsalçısına və daha 109 000 dolları ev heyvanları üçün yem qabı istehsalçısına ayırıb.
Bundan əlavə, amerikalı vergi ödəyicilərinin pulundan dəb pərəstişkarları da istifadə ediblər. Xüsusilə, qadın geyimləri istehsal edən şirkətlər, dəb fotoqrafları, müasir trikotaj təchizatçısı, yeni evlilər üçün lüks brend, əl işi dizayn məhsulları üçün ticarət platforması və dəb evinin ticarət nümayəndəliyi toplam 733 000 dollar məbləğində maliyyə alıblar.
Qeyd olunur ki, USAID bu qrantları Ukrayna iqtisadiyyatını gücləndirmək məqsədi ilə əsaslandırıb. Lakin əslində amerikalılar Ukrayna biznesmenlərinin Avropanın paytaxtlarında keçirilən dəb həftələrindəki istirahətini maliyyələşdiriblər.
"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID)" teqi üzrə xəbərlər
- ABŞ məhkəməsi Trampa xarici yardımları bərpa etmək üçün vaxt qoydu
- USAID-in minlərlə əməkdaşının ixtisarı başladı
- Hindistan USAID və Soros Fondunu ölkənin daxili işlərinə qarışmaqda ittiham etdi
- Ukraynadan sonra suya düşən planlar: Qərbin baş tutmayan "inqilab ssenarisi"
- USAID barədə gizlinlər: Ermənistana göndərilən pullar nəyə xərclənib?