Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ÜST: “Dünyada bir həftə ərzində koronavirusa yoluxma sayı 14 faiz azalıb”
Keçən həftə dünyada 4.1 milyondan çox koronavirusa yoluxma və 84 mindən çox ölüm qeydə alınıb. Beləliklə əvvəlki yeddi günlə müqayisədə yoluxma 14 faiz, ölüm nisbəti isə 2 faiz azalıb.
TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının epidemioloji bülletenində bildirilib.
Sənədə əsasən, ötən həftə yoluxma Afrikada (4 faiz), həmçinin Şimali və Cənubi Amerikada (2 faiz) artıb, Avropada (25 faiz), Cənub Şərqi Asiyada (21 faiz), Şərqi Aralıq dənizi regionunda (2 faiz) isə azalıb.
Ölüm hadisələri Qərbi Sakit okean regionunda (22 faiz), Cənub Şərqi Asiyada (4 faiz), Afrikada (2 faiz), Şimali və Cənubi Amerikada (1 faiz) artıb, Avropada (21 faiz) və Şərqi Aralıq dənizi regionunda (11 faiz) azalıb.