Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ÜST meymunçiçəyi xəstəliyi ilə bağlı iclas keçirəcək
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Fövqəladə Hallar Komitəsinin iclasını keçirərək qurumun rəhbəri Tedros Adhanom Qebreyesusa meymunçiçəyi xəstəliyinin ("Mpox") səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edib-etmədiyini bildirəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə təşkilatın 11 noyabrda dərc edilmiş məlumatında bildirilir.
"ÜST noyabrın 22-də təşkilatın baş direktoruna məsləhət vermək üçün "Mpox" üzrə Fövqəladə Hallar Komitəsini çağıracaq", - deyə məlumatda vurğulanıb.
ÜST-nin rəhbəri Qebreyesus əvvəllər Afrikada meymunçiçəyi xəstəliyinin yayılmasını ictimai səhiyyə sahəsində epidemioloji xarakterli fövqəladə vəziyyət adlandırıb. Onun sözlərinə görə, bu problem beynəlxalq əhəmiyyət daşıyır.
"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)" teqi üzrə xəbərlər
- Ebola qızdırması ABŞ-yə də çatıb? - Sakinlər təlaşda
- ÜST spirtli içkilərin üzərində xərçəng riski barədə xəbərdarlıq yerləşdirməyi təklif edib
- Yaxın gələcəkdə Azərbaycanda HPV peyvəndi pulsuz olacaq
- Pandemiya bitməyib: ÜST-dən COVID-19 ilə bağlı yeni təhlükəli virus XƏBƏRDARLIĞI
- ABŞ-dən sonra Argentina da ÜST-dən çıxır