Vaşinqtonda ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, D.Trump PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə ABŞ-ın Türkiyəni dəstəklədiyini bildirib.
Ərdoğan ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb və bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
O, Ankaranın Vaşinqtonla əlaqələri daha da genişləndirmək niyyətində olduğunu qeyd edib.
S.B.
www.oxu.az