Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına start verilib.
Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, ilk gündə 3 çəki dərəcəsində təmsilçilərimiz mükafatlar uğrunda mübarizə aparıblar.
İdmançılarımızdan Fizam Mehtiyev mübarizəni erkən dayandırsa da, komanda yoldaşları Yaprak Eriş yığmamıza qızıl, Qaşım Maqomedov isə gümüş medal qazandırıb.
S.B.
www.oxu.az