Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Roma Papasının dəfn mərasiminə hazırlıqla bağlı şayiələr təkzib edilib
Vatikanda xidmət edən İsveçrə Qvardiyasının sözçüsü Roma Papası Fransiskin dəfn mərasiminə hazırlıqla bağlı yayılan şayiələri təkzib edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Blick" nəşri məlumat yayıb.
Daha əvvəl nəşr mühafizəçilərin artıq dəfn mərasiminə aktiv hazırlıqlara başladığını, onlara qarşı komendant saatı tətbiq edildiyini yazıb.
Roma Papası Fransiski qoruyan İsveçrə Qvardiyası pontifikin mümkün dəfn mərasimi ilə bağlı məşqlərə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Blick" nəşri məlumat yayıb.
"İsveçrə Qvardiyası pontifikin ölümü də daxil olmaqla istənilən ehtimala hazırlıq görür. Mühafizəçilər üçün komendant saatı tətbiq edilib. Həmçinin dəfn mərasiminə aid məşqlər keçirilir", - deyə məlumatda qeyd olunub.
Öz növbəsində, Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti açıqlamasında bildirib ki, Papa Fransiskin vəziyyəti stabildir və qan analizinin nəticələri bəzi göstəricilərdə onun bir qədər yaxşılaşdığını göstərir.
Xatırladaq ki, 88 yaşlı pontifik fevralın 14-dən xəstəxanadadır. Bir gün əvvəl ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Həkimlər onun kliniki vəziyyətinin mürəkkəb olduğunu bildirirlər.
"Roma Papası" teqi üzrə xəbərlər
- Roma Papası Bakı və İrəvanın sülh sazişi mətni ilə bağlı razılaşmalarını alqışlayır
- Xəstəxanadan evə buraxılan Roma Papası izdiham qarşısında çıxış etdi
- Roma Papası ictimaiyyət qarşısına çıxacaq
- Roma Papasının nitqində ciddi problem yaranıb
- Roma Papası Fransisk: "Sözləri, düşüncələri və Yer kürəsini silahsızlaşdırmalıyıq"