Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vatikan: “XVI Benediktin səhhəti pisləşib”
“Keçmiş Roma Papası XVI Benediktin səhhəti pisləşib, o, həkim nəzarətindədir”.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.
Bildirilir ki, XVI Benediktin vəziyyəti son bir neçə saat ərzində pisləşib və bu, yaşı ilə əlaqədardır.
“Hazırda vəziyyət nəzarət altındadır, həkimlər onu daim nəzarətdə saxlayırlar”, - deyə Bruni əlavə edib.
Alman kardinal, görkəmli ilahiyyatçı Yozef Ratzinger 2005-ci ildə sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq papalıq taxtına çıxıb. 2013-cü ildə o, son 600 ildə papalıqdan imtina edən ilk pontifik olub. Həmin vaxt 85 yaşı olan Benedikt qərarını Roma Katolik Kilsəsini idarə etmək üçün gücünün olmaması ilə izah etmişdi.
XVI Benedikt Vatikanda yaşayır.
Rəylər