Venesuela altı xarici aviaşirkətin ölkəyə uçuş icazəsini ləğv edib.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, uçuşları dayandırılan şirkətlər arasında Türk Hava Yolları (THY) da var.
Məlumata görə, Venesuela dövləti ABŞ ilə yaşanan gərginlik fonunda belə addım atıb. ABŞ Federal Aviasiya Administrasiyasının onlarla ölkəyə uçuşları dayandırmaq qərarından sonra Venesuela belə mövqe nümayiş etdirib.
Venesuelanın Mülki Aviasiya İdarəsi THY-dən başqa "Iberia", TAP, "Avianca", "Latam Columbia" və "Gol" şirkətlərinin əməliyyat icazələrini ləğv edib.
Son günlər bir neçə beynəlxalq aviaşirkət Karakasın təyin etdiyi bərpa müddətlərinə məhəl qoymadan, Venesuelaya uçuşları ləğv edib. Bundan əlavə, "Iberia" təhlükəsiz şərait təmin edildikdən sonra Venesuelaya uçuşları bərpa etməyə hazır olduğunu açıqlayıb.
Xatırladaq ki, Türk Hava Yolları ABŞ və Venesuela arasında yaşanan gərginlik fonunda Venesuelaya uçuşlarını dörd gün müddətinə dayandırdığını elan etmişdi.