Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Venesuelada ərazi mübahisəsinə dair referendumun nəticələri açıqlanıb
Venesuelada Qayana ilə ərazi mübahisəsinə dair məsləhətçi referendum keçirilib.
Ölkə prezidenti Nikolas Maduro vətəndaşları Qayana ilə ərazi mübahisəsi üzrə məşvərət referendumunda qazandıqları qələbə münasibətilə təbrik edib.
Plebisitdə seçicilərin 93%-i Cənubi Amerikanın şimal-şərqindəki Essekibo bölgəsinin ölkə ərazisinə daxil edilməsinə səs veriblər. Qayanada referendum ərazinin ilhaqına doğru addım kimi qiymətləndirilib.
Qeyd edək ki, bölgənin mülkiyyəti ilə bağlı mübahisə 19-cu əsrdən bəri davam edir. Venesuela və Qayana arasında münaqişə 2015-ci ildə Essekiboda zəngin neft və qaz yataqlarının aşkarlanmasından sonra kəskinləşib.
Mənbə: euronews.com
Rəylər