Venesuelanın Araqua ştatında, hərbi hissənin anbarında partlayış baş verib.
Oxu.Az xəbər verir ki, partlayış nəticəsində bir neçə ev və avtomobilə zərər dəyib. Ölən və xəsarət alan olmayıb.
Məlumata əsasən, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Partlayışın səbəbi araşdırılır.
A.M.