Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Venesuelada korrupsiya QALMAQALI: Müxalifət USAID pullarını çevrilişlərə xərcləyib
Sağçı müxalifət ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyindən (USAID) aldığı maliyyə vəsaitlərindən Venesuela hökumətinə qarşı çevriliş cəhdi üçün istifadə edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Bolivar Respublikasının Baş prokuroru Tarek Vilyam Saab "Cable a Tierra" radiosuna müsahibəsində bildirib.
"Venesuelanın USAID-dən pul alan sağçı ekstremistləri qanuni hökuməti devirmək məqsədilə bu vəsaitlərdən istifadə etdiklərinə görə istintaq altındadırlar", - deyə Saab qeyd edib.
O bildirib ki, hazırda özünü prezident elan etmiş Xuan Quaydonun qondarma müvəqqəti hökumətinin USAID vəsaitlərindən qanunsuz istifadəyə imkan verən korrupsiya əməlləri ilə bağlı araşdırmalar aparılır.
Saab həmçinin qeyd edib ki, 2023-cü ildə "Interpol"a Quaydo və onun əlaltılarının "aktivlərin oğurlanması, hakimiyyətin qəsb edilməsi, sui-qəsd, terror aktlarına yardım, xəyanət" ittihamları ilə həbs edilməsi və Venesuela ədalət mühakiməsinə təhvil verilməsi üçün sorğu göndərilib.
"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID)" teqi üzrə xəbərlər
- Prezident erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilər barədə danışdı
- USAID-də əməkdaşlara gizli və şəxsi qeydləri yandırmaq əmr olundu
- ABŞ USAID proqramlarının 83 faizini bağlayır
- Ermənistan USAID vasitəsilə 110 milyon dollar alıb: XİN-dən açıqlama
- ABŞ-də USAID-in qərargahı 11 milyon dollar qənaət etməyə imkan yaratdı